Futzal millimizə yeni məşqçi təyin edildi

Futzal millimizə yeni məşqçi təyin edildi

Futzal üzrə milli komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsi Biro Jadeyə həvalə olunub.

Bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.  

AFFA-nın inzibati binasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mikayıl Nərimanoğlu, futzal üzrə milli komandanın baş məşqçisi Milton Luiz Ziller Junior və məşqçi Biro Jadenin  iştirakı ilə görüş keçirilib. 

Görüşdə yığma komandanın hazırkı vəziyyəti, dünya çempionatının final mərhələsinə hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər