Futzal liqalarında püşk atıldı

Futzal liqalarında püşk atıldı

Bakı İdman Sarayında futzal üzrə Yüksək, Birinci və İkinci liqalarının 2018/2019-cu il mövsümünün püşkü atılıb.

Fanat.Az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, püşkdən əvvəl federasiyanın vitse-prezidenti Rəmiş Malıyev struktur və vəzifə dəyişiklikləri, eləcə də federasiyanın rəsmi saytının istifadəyə verilməsi, AFFA tərəfindən Yarışların təşkili və keçirilməsi şöbəsinin koordinatoru təyin edilmiş Zaur Hacı-Məhərrəmov isə əsasnamə, eləcə də tətbiq ediləcək yeniliklər barədə məlumat verib.

 

Daha sonra hər üç liqanın yeni mövsümünün püşkü atılıb.

 

Qeyd edək ki, Yüksək Liqada 7 klub mübarizə aparır. Oyunlar dairəvi sistemlə keçiriləcək və dörd dövrədən ibarət olacaq. Yekunda ilk 4 (1*4, 2*3) yeri tutmuş komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. İki oyundan ibarət yarımfinal matçlarının qalibləri çempionu, məğlublar isə bürünc medalın sahibini müəyyənləşdirəcək oyunda iştirak edəcəklər. EKOL birinci turda istirahət edəcək. Birinci Liqada 16, İkinci Liqada 20 komanda qalib adı uğrunda yarışacaq. Hər iki liqada oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək.

 

 

Yüksək Liqa, I tur

12 sentyabr

 

12:30. Xəzər Cənub – Neftçi İK

 

14:30. Yasamal FK - Araz

 

16:30. Yasamal İSK - Liman

 

Birinci Liqa I tur

14-15 sentyabr

 

Sovetski FK - Şərq

 

Metropoliten - Baku Fire

 

Yasamal Fk B - Absheron FK

 

Çinar Cəbrayıl - U-19

 

Green Log - Fizuli FK

 

Standard - Zəngilan

 

AZMİU – ADBTİA

 

Ulduz - Baku Fans

 

 

İkinci Liqa I tur

16 sentyabr

 

Baku Fire-2 - Borçalı FK

 

Gilan Construction – Hicran

 

Xəzər – STAR kargo

 

Təbriz – Obolon

 

Bibi - Heybət - Rəvan FK

 

Baker Tilly – Hövsan

 

Avanqard FK - Baker Hughes

 

Dalğa - Atletiko Baku

 

Bədr FK Xocalı – Advokat

 

Gənclik İK – SAB

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər