Bu yay "Yuventus"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusuna yiyələnən fransız yarımmüdafiəçi Adrien Rabyo hələ də klubsuzdur.
Fanat.Az xəbər verir ki, baxmayaraq ki, 29 yaşlı futbolçunun bir neçə real transfer təklifi var.
"L'Equipe"-nin məlumatına görə, Rabyo eyni anda üç nəhəng klubun maraq dairəsindədir. Qısa siyahıda İngiltərə "Liverpul"u, İtaliya "İnter"i və Almaniya "Bayern"i var. Halbuki ötən mövsümün sonlarına yaxın yarımmüdafiəçisi uğrunda "Mançester Yunayted", "Arsenal" və "Tottenhem"in də mübarizə apardığı bildirilirdi. Onların arasında favorit Mankunian nəhəngi göstərilirdi. Ancaq "Mançester Yunayted", "Tottenhem" və "Arsenal" artıq mübarizədən çəkiliblər.
Qeyd edək ki, "Transfermarkt" Adrien Rabyonun qiymətini 35 milyon avro dəyərləndirir.
Mirağa