Lion "Olimpik"inin 25 yaşlı futbolçusu Queyda Fofana karyerasını bitirib. Fanat.Az xəbər verir ki, buna səbəb zədə olub.
Klubun rəsmi saytına açıqlama verən fransız yarımmüdafiəçi topuğundakı ağır zədə səbəbindən karyerasına son qoyduğunu bildirib. Futbola davam etmək istədiyini, amma zədənin buna imkan vermədiyini söyləyən Fofana klubda qala biləcəyini vurğulayıb:
"Prezident Aulas ilə danışdım. O, oynamasam da, klubda qalmağımı istəyir. Futboldankənar təkliflər də var. Təcili qərar verməliyəm".
Qeyd edək ki, "Le Havre"nin yetirməsi olan Fofana 2011-ci ildə 1,8 milyon avro qarşılığında "Olimpik"ə transfer olunub. O, Lion klubunda 104 rəsmi oyun keçirib və 9 qol vurub. Yarımmüdafiəçi sonuncu dəfə ötən ilin aprelində meydana çıxıb. Fofana U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında forma geyinib.
Fanat.Az