Fransa çempionatının XVII turunda keçirilməsi nəzərdə tutulan "Monako" - "Nitsa" və "Sent-Etyen" - "Marsel" matçları təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Təxirə salınmara səbəb ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar olub.
Qeyd edək ki, "Monako" - "Nitsa" oyunu dekabrın 7-də, digər matç isə dekabrın 10-da keçirilməli idi. Daha öncə "Tuluza" - "Lion" və PSJ - "Monpelye" matçları da eyni səbəbdən təxirə salınıb.
Fanat.Az