"Frankfurt" yenə xalsız qaldı, Murad isə...

"Frankfurt" yenə xalsız qaldı, Murad isə...

Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında 7-ci turun oyunları keçirilib.

 

 

Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi "Frankfurt” da növbəti matçına çıxıb.

 

 

Frankfurtlular rəqib meydanında "Frayburq”la qarşılaşıb. Futbolçumuzun komandası 1:2 hesabıyla uduzub. Murad start "11-lik”də yer alıb və 56-cı dəqiqədə yerini komanda yoldaşına verib.

 

 

 

Bu mövsüm çempionatda keçirdiyi bütün matçlarda yenilən Frankfurt təmsilçisi 14 kollektiv arasında 13-cü pillədədi.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər