"Bavariya”dan ayrılan Frank Riberi karyerasını "Fiorentina”da davam etdirəcək.
Fanat.Az İtaliya klubunun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Fransa millisinin sabiq yarımmüdafiəçisi bu gün Florensiyaya yollanıb. Onu hava limanında "Fiorentina”nın nümayəndələri qarşılayıblar. 36 yaşlı futbolçu təyyarədən enən kimi üzərində klubun loqosu olan koynəyi geyinib və klubun şarfını tutaraq şəkil çəkdirib.
Sabah "Fiorentina”nın Riberini rəsmən təqdim edəcəyi bildirilib.
Fanat.Az