Formula 1: Ferstappen dördüncü qələbəsini qazandı

Formula 1: Ferstappen dördüncü qələbəsini qazandı

“Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə İspaniya Qran-Prisinin qalibi olub.

Fanat.Az xəbər verir ki, Barselonada keçirilən dünya çempionatının altıncı mərhələsində ilk "üçlük"də “Red Bull Racing”in digər pilotu Serxio Peres və “Mercedes”in üzvü Corc Rassell yer alıblar.

M.Ferstappen cari mövsüm 4-cü, karyerasında isə 23-cü qələbəsini qazanıb.

Növbəti yarış Monakoda təşkil olunacaq.

Azərbaycan Qran-Prisi isə iyunun 10-12-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər