“Fiorentina”dan rekord qiymətə “Yuventus”a keçən Duşan Vlahoviçlə bağlı sular durulmur.
Fanat.Az xəbər verir ki, Florensiya klubunun prezidenti Rokko Komisso serbiyalı hücumçu və onun menecerləri barədə sərt açıqlamalar verib.
Komissonun açıqlaması "Fiorentina"nın saytında dərc olunub: "Mən çox məyusam və verməli olduğum qərarlar barədə diqqətlə düşünməliyəm. Noyabrda həkimlər mənə demişdi ki, xəstə olduğum üçün İtaliyaya getməməliyəm. Lakin mən danışıqlara öz töhfəmi vermək və Duşanla onun menecerlərinin məntiqli düşünməsinə kömək etmək üçün getdim. Ancaq Vlahoviçi axırıncı dəfə görəndə salam belə vermədi.
O, artıq hansısa komanda ilə anlaşacaqdı, məlum idi. Hər təklifə yox deyirdi. Dəfələrlə İngiltərəyə getmişdim, hər dəfə yox deyirdi. Vlahoviç müqaviləsi başa çatana qədər (iyun 2023) "Fiorentina"da qalmaq və bizdən pulsuz ayrılmaq istəyirdi. Onların meneceri transfer haqqının 10 faiz azaldılmasını və növbəti addımını müzakirə etmək üçün müstəsna hüquqlar istədi. Bizdən pul qazanmaq istəyirdilər, ona görə də indi satmaq mükəmməl əməliyyat idi.
Onların menecerləri ikiüzlü və yalançı idilər. Noyabrda yaxşı söhbətimiz olmuşdu, anlaşma imzalayandan sonra səhərə qədər müsbət cavab gözlədim, əvəzində o, ikiqat pul istədi".
? Le parole del presidente Rocco Commisso. ? Ascolta Ora: //t.co/gQUNcalD6D#fiorentina #forzaviola #commisso pic.twitter.com/C5S82x6CpL
— ACF Fiorentina (@acffiorentina) February 1, 2022
Qeyd edək ki, Duşan Vlahoviç bir neçə gün öncə 75 milyon avroya "Fiorentina"dan "Yuventus"a transfer olunub.
Mirağa