Finala neçə bilet satılıb?- SON DURUM

Finala neçə bilet satılıb?- SON DURUM

 

Azərbaycan kubokunun bu gün baş tutacaq finalına - “Qarabağ” - “Qəbələ” oyununa canlı baxmaq istəyənlərin sayı müəyyənləşib. Fanat.Az xəbər verir ki, bu saatadək Naxçıvandakı görüşə 9300 bilet satılıb.

 

Həlledici oyunun start fitinə bir neçə saat qaldığını və azərbaycanlı azarkeşlərin çoxunun matç günü bilet almağı üstün tutduğunu əsas götürsək, sayın artmaq ehtimalı böyükdü. 

 

Qeyd edək ki, 16:00-da başlayacaq görüşə ev sahibliyi edəcək Naxçıvan şəhər stadionu 13800 tamaşaçı tutumuna malikdi.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər