"Finala çıxacağıq" - Marko Veşoviç

"Finala çıxacağıq" - Marko Veşoviç

"Qarabağ"ın müdafiəçisi Merko Veşoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi"ni 4:0 hesabı ilə məğlub etmələrindən danışıb.

Monteneqrolu legioner Fanat.Az-a açıqlamasında belə deyib:

"Vacib görüşü qələbə ilə başa vurmaq sevindiricidir. Yaxşı nəticə qazandıq. Birinci qarşılaşmada qazanılan böyükhesablı qələbə ikinci görüşdə üstünlük anlamındadır. Ümid edirəm ki, finala çıxacağıq".

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər