Fərid üçün 45 dəqiqə və bir xal

Fərid üçün 45 dəqiqə və bir xal
Çexiya II divizionunda XII turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya” (Jijkov) səfərdə "Jihlava” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub. Bu mövsüm bir qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.
 
Qeyd edək ki, 12 turdan sonra 19 xalı olan "Viktoriya” 6-cı pillədə qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər