Fərid Nəbiyev Gürcüstanda növbəti qolunu vurdu

Fərid Nəbiyev Gürcüstanda növbəti qolunu vurdu
U-21 millimizin üzvü Fərid Nəbiyevin komandası "Şevardeni” Gürcüstan 2-ci liqasının növbəti oyununa çıxıb.
 
Fanat.Az xəbər verir ki, komanda 8-ci turda səfərdə "Şukura” ilə qarşılaşıb. 
 
Həmyerlimizin komandası bu matçdan qələbə ilə ayrılıb - 3:2.
Fərid Nəbiyev oyuna start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
Matçda hesabı 18-ci dəqiqədə Nəbiyev açıb. 45+2-ci dəqiqədə isə o, komanda yoldaşının qol vurmasına məhsuldar ötürmə ilə kömək edib.
Qeyd edək ki, Fərid Nəbiyev indiyə qədər komandasında 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.
Xatırladaq ki, "Şevardeni” 8 turdan sonra hesabında 11 xal olan 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər