“Fənərbaxça”nın ulduzu: “Çox gülməlidi”

“Fənərbaxça”nın ulduzu: “Çox gülməlidi”
“Fənərbaxça”nın nigeriyalı futbolçusu Emmanuel Emenike “Zenit”in onunla maraqlanması barədə yayılan xəbərlərə münasibət bildirib. Fanat.az xəbər verir ki, ulduz futbolçu bunu zarafat kimi dəyərləndirib: “Zenit” mənimlə maraqlanır? Bu, yəqin ki, zarafat olar. Çox gülməlidir. Hətta bilmirəm ki, nə cavab verim”.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə mətbuatı “Zenit”in baş məşqçisi Andre Villaş-Boaşın Emenikeni sərəncamında görmək istədiyi ilə bağlı məlumat yaymışdı. 
Nigeriyalı futbolçu 2011-13 mövsümündə Rusiya Premyer Liqasında, “Spartak”ın heyətində  çıxış edib. Emmanuel Moskva klubunda 42 oyunda 21 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər