“Fənərbaxça”dan növbəti transfer

“Fənərbaxça”dan növbəti transfer

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi bu yay Fransanın “Strasburq” klubundan azad agent kimi ayrılmış müdafiəçi Aleksander Djikunu transfer edib.

28 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Mərkəz müdafiəçisi olan Djiku “Bastiya”nın yetirməsidir. “Kan”da da forma geyinmiş futbolçu 2019-cu ildən “Strasburq”da idi. O, Liqa 1 təmsilçisində 127 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər