Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“Adana Dəmirspor” doğma meydanda “Kasımpaşa”ya 5 cavabsız qolla qalib gəlib. Səfərdə “İstanbulspor”la qarşılaşan “Başakşəhər” turu məğlubiyyətlə başa vurub. “Fənərbaxça” isə “Ankaragücü”nü məğlubiyyətlə yola salıb.
Türkiyə Super Liqası 29-cu tur 14 aprel
Antalyaspor – Alanyaspor 3:1 Qol: D.Sinik, 27. Ndao, 39. B.Yıldırım, 85 – Koka, 21.
Qalatasaray – Kayserispor 6:0 Qol: İkardi, 18; 42-pen; 45+12. Raşiça, 23. K.Aktürkoğlu, 59. Zaniolo, 71.
15 aprel
Adana Dəmirspor – Kasımpaşa 5:0 Qol: Akintola, 18; 21. Y.Sarı, 27. Ndiaye, 80. Belhanda, 90.
İstanbulspor – Başakşəhər 1:0 Qol: E.Eze, 45+7.
Fənərbaxça – Ankaragücü 2:1 Qol: Valensiya, 87-pen. Krespo, 90+6 – Sou, 80.
16 aprel
17:00. Girəsunspor – Sivasspor 21:30. Trabzonspor – Beşiktaş