Federasiya rəhbəri Cahangir Əsgərova yol göstərdi - İSTEFA

Federasiya rəhbəri Cahangir Əsgərova yol göstərdi - İSTEFA

Rusiya Ağır Atletika Federasiyasının (RAAF) prezidenti Sergey Sırtsov istefa verib.

 

Qurumun rəhbəri səlahiyyətlərini Maksim Aqatipov icra edəcək. Sırtsov qərarını belə izah edib: "Baş verənlərlə əlaqədar kimsə cavab verməlidir. Bu addımı mən atdım".

İyulun 29-da Beynəlxalq Ağırlıqqaldırma Federasiyası rusiyalı atletləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırıb. Bu, antidopinq qaydalarındakı çoxsaylı pozuntularla əlaqədar olub. Eyni cəza Azərbaycan ağırlıqqaldıranlarına da tətbiq olunub. Amma Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov hələ də postundadır. 

Qeyd edək ki, Sergey Sırtsov RAAF-a 2010-cu ildən rəhbərlik edirdi. Quruma yeni prezident seçkisi sentyabrın 29-da keçiriləcək.  (Sportnet.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər