Favoritlər ilk dueldə qalib gəldi

Favoritlər ilk dueldə qalib gəldi

Bu gün futzal üzrə Yüksək Liqanın pley-off mərhələsinin ilk oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan günün ilk matçında əzəli rəqiblər EKOL və "Neftçi" İK üz-üzə gəlib. Prinsipial görüşdən EKOL qalib ayrılıb. 

İkinci oyunda isə "Araz Naxçıvan" "Baku Fire" üzərində böyük hesablı qələbə qazanıb.    EKOL – Neftçi İK 2:0 Qollar: Namiq Məmmədkərimov, 8:33, Emin Kürdov, 12:26 

Araz Naxçıvan – Baku Fire 9:3 Qollar: Maneka, 0:07, 2:17, David Qustavo, 1:34, 37:44, Felipinyo, 2:32, Xətai Bağırov, 21:28, İsa Atayev, 28:57, Fərid Ələkbərov, 30:58, Ramiz Çovdarov, 33:51 - Elvin Quliyev, 32:42, 36:04, 38:31

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər