"Favorit "Bayer"dir, amma..." - Yunis Hüseynov

"Favorit "Bayer"dir, amma..." - Yunis Hüseynov

"Qarabağ" bu gün, martın 14-də UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer Leverkuzen"lə cavab oyununa çıxacaq.  Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış futbol mütəxəssisi Yunis Hüseynovla əlaqə saxlayıb təmsilçimizin səfərdə baş tutacaq həlledici oyunu barədə nə düşündüyünü soruşduq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Qarabağ"dan yaxşı oyun gözləyirəm. Ümidimiz həmişə var. Real baxsaq, favorit "Bayer Leverkuzen"dir. Amma "Qarabağ"ın evdəki oyunu göstərdi ki, bütün komandalara qarşı yaxşı nəticə əldə edə bilər. İlk dəfə "Qarabağ"ın futbolçuları 1/8 finala çıxıblar deyə, daha yüksək əhval-ruhiyyədə mübarizə aparacaqlar. Açığı, gözəl bir nəticə gözləyirəm. Ümumi olaraq, mərhələ adlamaq şanslarını isə 40-ın 60-a rəqibin xeyrinə olaraq görürəm. Bu da yaxşı nəticədir. "Qarabağ"ın şansı var ".

Qeyd edək ki, tərəflərin Bakıdakı duelində qalib müəyyənləşməyib - 2:2.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər