Fatih Terimlə bağlı şok qərar

Fatih Terimlə bağlı şok qərar

Fatih Terim məhkəmə tərəfindən cərimə olunub. Fanat.Az xəbər verir ki, buna səbəb Mürüvvet Karaboğa adlı azarkeşin şikayəti olub.

Mürüvvet Karaboğanın şikayətinə görə, Fatih Terim 5 il əvvəl (2012-ci ilin 12 oktyabrında) "Qalatasaray"ı çalışdırarkən "Antalyaspor"la oyunun son dəqiqələrində əvvəlcə hakimi, daha sonra isə onu və azarkeşləri söyüb. O, həmçinin "İmperator" ləqəbli mütəxəssisdən 100 min lirə təzminat istəyib.

Antalya Sülh Cəza Məhkəməsində baxılan şikayət üzrə proses yekunlaşıb. Mürüvvet Karaboğanın qarşı tərəfi təhqir etdiyini nəzərə alan məhkəmə Fatih Terimə cəza verməyib. Antalya 7-ci Hüquq Məhkəməsində baxılan təzminant davası da yekunlaşıb. Məhkəmə Fatih Terimin 3 min 500 lirə təzminant ödəməsinə qərar verib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər