Fatih Terimdən şok açıqlama: "İstefa vermədim, qovuldum"

Fatih Terimdən şok açıqlama: "İstefa vermədim, qovuldum"

Fatih Terim Türkiyə millisindən ayrılması ilə bağlı ilk dəfə açıqlama verib. Fanat.Az xəbər verir ki, "İmperator" ləqəbli mütəxəssis "Twitter" hesabından açıqlama yayıb.

"3,5 ildir işlədiyim vəzifədən istefa vermədim. Daha açıq yazım: İşimə TFF tərəfindən son verildi. Yaşanan olaydan sonra İstanbulda, Yıldırım Demirörenin ofisində, Ali Dürüstün də iştirak etdiyi toplantıda "Olay quruma və şəxslərə zərər verirsə, istefa verim" dedim. Yıldırım Demirören isə mənə sarılaraq "Hocam daha görəcək çox işimiz var" dedi və belə bir şeyin əsla müzakirə mövzusu olmadığını bildirdi. Mən də komandamla dünya çempionatı hazırlıqlarına davam etdim.

26 iyulda Ali Dürüst ofisimə gələrək Rivada Yıldırım Demirören, Cengiz Zülfikaroğlu və Servet Yardımcı ilə keçirdikləri toplantıda işimə son verildiyini bildirdi. Mən də çaşqınlıqla Ali Dürüstə "Bu iki vacib matç ərəfəsindəmi" deyə sual etdim. Cavabı "Təəssüf ki, elədir" oldu. Servet Yardımcının bu qərarın bir anca verilməli olduğunu dediyini bildirdi.

Bu qərarı Yıldırım Demirörendən eşitmək istədiyimi söylədim. Daha sonra onunla Leventdə görüşdük. Bu qərarı təsdiq etdi. Səbəb soruşdum. Mənə "Hocam səni çox yordular, sənin üzərindən də bizi yorurlar" dedi".

Fatih Terimdən şok açıqlama: "İstefa vermədim, qovuldum"

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər