Fati gələcək karyerası ilə bağlı qərarını verdi

Fati gələcək karyerası ilə bağlı qərarını verdi

"Barselona"nın hücumçusu Ansu Fati gələcək planları ilə bağlı qərara gəlib. 

Fanat.Az xəbər verir ki, ispaniyalı "Kamp Nou"da qalmaq, onu yenidən icarəyə göndərmək, hətta daimi əsasda satmaq barədə düşünən rəhbərliyi razı salmaqda qərarlıdır. 

Bu barədə insayder Fernando Polo məlumat yayıb. Onun məlumatına görə, Fati mövsümöncəsi məşqlərdə yeni baş məşqçi Hans-Diter Flikin "saqqızını oğurlamaq" əzmindədir. Alman mütəxəssis də Ansuya özünü göstərmək üçün şans vermək istəyir. 

Xatırladaq ki, Ansu Fati son mövsüm icarə əsasında İngiltərə Premyer Liqasında çıxış edib. O, "Brayton"da meydana çıxdığı 19 matçda iki qol vurub. 21 yaşlı futbolçu zədə səbəbindən bir çox matçı buraxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər