Əziz Yıldırım rəqib komandanın prezidentini döydü - VİDEO

Əziz Yıldırım rəqib komandanın prezidentini döydü - VİDEO

Türkiyə qadın basketbolçular arasında Super Liqasının pley-off oyununda insident yaşanıb.

Fanat.Az xəbər verir ki, hadisə “Fənərbaxça” ilə “Yakın Doğu Üniversitesi” matçında baş verib.

“Fənərbaxça” prezidenti Əziz Yıldırım ona salam verən rəqib komandanın prezidenti İşık Eygüngörə şillə vurub.

Polislərin müdaxiləsindən sonra vəziyyət normallaşıb.

Matç başa çatdıqdan sonra Əziz Yıldırım mətbuata açıqlamasında İşık Eygüngörü əxlaqsızlıqda günahlandırıb. Onun sözlərinə görə “Yakın Doğu Üniversitesi”nin rəhbərliyi finaldan əvvəl “Fənərbaxça”lı oyunçulardan bəzilərinə transfer təklif edib.

Türkiyə Gənclik və İdman Nazirliyi olayla bağlı araşdırmaya başladığını açıqlayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər