Qaret Beyl getdi - Santu təsdiqlədi

Qaret Beyl getdi - Santu təsdiqlədi
Son mövsümü icarə əsasında "Tottenhem"də keçirən Qaret Beyl (Gareth Bale) İngiltərə klubundan ayrılıb. 
 
Fanat.Az "Goal.com"a istinadən xəbər verir ki, məlumatı "Tottenhem"in baş məşqçisi Nunu Eşpiritu Santu yayıb. 
 
Mətbuata danışan portuqaliyalı mütəxəssis "Real Madrid"ə məxsus olan uelsli yarımmüdafiəçinin yeni mövsümdə klubda olmayacağını təsdiqləyib.
 
Qeyd edək ki, 32 yaşlı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 20 oyunda meydana çıxıb və 11 qola imza atıb. 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər