Əsgər Abdullayevin yeni iş yeri müəyyənləşdi

Əsgər Abdullayevin yeni iş yeri müəyyənləşdi

"Turan Tovuz" baş məşqçisiz qalıb. Tovuz təmsilçisinin çalışdırıcısı Nizami Sadıqov "Bakılı"ya 1:2 hesabı ilə yenildikləri oyundan sonra istefa verib.

Artıq komandanın yeni baş məşqçisi də bəllidi. Fanat.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, Əsgər Abdullayev yenidən "Turan Tovuz"a dönür. Bu gün I divizionun XVII turu çərçivəsində "Şahdağ"la qarşılaşacaq komandanın oyundan sonra yeni baş məşqçisinin adını açıqlaması gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl "Neftçi"dən istefa verən Əsgər Abdullayev 2011-2012-ci illərdə "Turan Tovuz"a başçılıq edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər