Son klubu "Valensiya" olan Esekyel Qaray futbolçu karyerasının bitrdiyini elan edib.
Fanat.Az xəbər verir ki, Argentina millisinin sabiq üzvü son 3 mövsümdə tam sağalmayan zədə üzündən 34 yaşında butslarını mıxdan asmağa məcbur olduğunu açıqlayıb.
2007-2015-ci illər aralığında Argentina yığmasında 32 oyun keçirən Qaray "Instagram"da belə yazıb:
"Bu gün, iyulun 16-da peşəkar futbolçu karyerama son qoyuram. Etiraf edim ki, daha uzun müddət oynayacağıma inanırdım. Amma hər şey başqa cür oldu".
Nihat