Ermənistan millisinin baş məşqçisi Varujan Sukiasyan istefa verib. Fanat.Az xəbər verir ki, bu barədə mənfur qonşularımızın futbol federasiyasının rəsmi saytı açıqlama yayıb.
Açıqlamada Sukiasyanın öz istəyi ilə postundan ayrıldığı qeyd olunur. Baş məşqçi özü federasiyanın mətbuat xidmətinə bu barədə ismarıc yollayıb.
Varujan Sukiasyan 2015-ci ilin dekabrından Ermənistan millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında keçirdiyi seçmə mərhələ oyunlarının üçündə də uduzub - Danimarka 0:1, Rumıniya 0:5, Polşa 1:2.
Hazırda ermənilər dünya çempionatının seçmə mərhələsində qrup sonuncusudu.
Fanat.Az