"Ərim karyerasını ABŞ-da bitirəcək"

"Ərim karyerasını ABŞ-da bitirəcək"
"Bavariya"nın ulduzu Robert Levandovski karyerasını ABŞ-da bitirmək istəyir. Fanat.Az xəbər verir ki, bu barədə polşalı futbolçunun həyat yoldaşı Anna Levandovski bildirib.
"Business Insider"a açıqlama verən xanım Levandovski "Robertin karyerasını ABŞ-da, Los Ancelesdə bitirməsini planlaşdırırıq. Bu bizim arzumuzdu" deyib.
Qeyd edək ki, 29 yaşlı futbolçunun "Bavariya" ilə 2021-ci ilədək müqaviləsi var. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər