Türkiyəli Ralli pilotu Burcu Çetinkaya işdən çıxarılıb.
Fanat.Az xəbər verir ki, "Türkiyə qəzeti"ndə çalışan pilot rəhbərliyin qərarı ilə işdən ayrılıb.
Burcu Çetinkaya şəxsi "Twitter" hesabından açıqlama yayaraq işdən çıxarıldığını bildirib. Qəzet üçün müsahibələr hazırlayan pilot "Türkiyə qəzeti"nin tələbi ilə yollarımızı ayırdıq. Keçən 5,5 il və dəyərli dostluqlar, təcrübələr üçün təşəkkürlər" yazıb və bunun səbəbini açıqlamayıb.
Ancaq yerli media buna səbəb kimi Burcu Çetinkayanın həyat yoldaşı Mehmet Fatih Bucakın muxalifətçi Cumhuriyyət Xalq Partiyasından (CHP) bələdiyyə sədrliyinə namizəd olmasını göstərib. Onun həyat yoldaşı Siverekdən namizəd göstərildikdən sonra belə bir addım atılıb.
Burcu Cetinkaya
Qeyd edək ki, Burcu Çetinkaya 2015-cı ildə Bucak tayfasının liderlərindən olan Mehmet Fatih Bucakla evlənib.
Mehmet Fatih Bucak
Fanat.Az