Ərəblər bu dəfə Mourinyunu hədəfə aldı

Ərəblər bu dəfə Mourinyunu hədəfə aldı

"Roma" baş məşqçisi Joze Mourinyuya Səudiyyə Ərəbistanından elçi var. 

Fanat.Az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb. 

Xəbərə görə, Lionel Messini əldən buraxan "Əl-Hilal" indi də portuqaliyalı mütəxəssisi hədəfə alıb. Ərəblər daha bir ulduzu - Neymarı da heyətinə qatmaqda maraqlıdır. "Əl-Hilal" hər ikisini bu yay yüksək maaş qarşılığında komandada cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, bir müddət öncə İtaliya təmsilçisinin  Mourinyu ilə 3 illik yeni müqavilə imzalayacağı gündəmdə idi. Lakin Avropa Liqasının finalında "Sevilya"ya yenildikdən sonra Jozenin "Roma"da qalacağı sual altındadır. 

Xatırladaq ki, 60 yaşlı çalışdırıcı 2021-ci ildən "Roma"nın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında bu mövsüm İtaliya A Seriyasında 63 xalla 6-cı yeri tutub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər