Səudiyyə Ərəbistanından olan şirkət "Real"ın futbolçusu Kriştiano Ronaldo ilə birgə keçiriləcək vaxt üçün 920 min funt-sterlinq ödəyəcək.
İstənilən şəxs bu məbləği ödəməklə 4 saat ərzində futbolçunun yanında olmaq hüququ əldə edəcək.
Xidmətə həmçinin sosial şəbəkələrdə iki xatırlatma, Ronaldonun imzası ilə beş futbolka və fotosessiya daxildir. Bundan əlavə, şirkətə bir gün ərzində regional reklam məqsədilə Ronaldonun imicindən istifadə etmək icazəsi veriləcək. ("Report")
Fanat.Az