Türkiyə millisinin sabiq futbolçusu Hakan Şükür həbs təhlükəsi ilə üz-üzədi. Fanat.az xəbər verir ki, keçmiş millət vəkilinin sosial şəbəkədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi ona baha başa gələ bilər.
Artıq məsələ ilə bağlı Ərdoğanın vəkili Ahmet Özəl məhkəməyə müraciət edib. Bir vətəndaşın da şahid olması ilə məhkəmə iddianaməni qəbul edib. Hakan Şükür isə yazdığı statusların Ərdoğanla heç bir əlaqəsi olmadığı qeyd edib.
Qeyd edək ki, məhkəməyə təqdim edilən iddianamədə şübhəli Hakan Şükürün "Ölkə başçısını təhqir etmə" maddəsi ilə 1 ildən 4 ilə qədər həbs olunması istənilib.
Fanat.az