Eratın komandası uduzdu, özü hanı?

Eratın komandası uduzdu, özü hanı?

Türkiyənin 2-ci liqasında 1-ci liqaya vəsiqə uğrunda pley-off oyunları keçirilir.

 

 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın formasını geyindiyi "Fatih Karagümrük” də bu mərhələdə növbəti oyununa çıxıb.

Sözügedən kollektiv yarımfinal çərçivəsində səfərdə "Manisa BB” ilə qarşılaşıb. Futbolçumuzun komandası səfərdə 0:1 hesabı ilə yenilib. Toğrulun adı görüşün iştirak ərizəsinə salınmayıb.

 

 

"Fatih Karagümrük” finala vəsiqə qazanmaq üçün mayın 21-də doğma meydanda baş tutacaq cavab görüşündə mütləq inamlı qələbə əldə etməlidi.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər