İngiltərə Premyer Liqasının "tvitter” səhifəsində mövsümün ən yaxşı futbolçusunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu, "Liverpul”un mərkəz müdafiəçisi Vircil van Deykdi.
27 yaşlı Vircil mükafat uğrunda mübarizədə Rahim Sterlinq, Serxio Aquero, Bernardu Silva ( hamısı "Mançester Siti”), həmklubları Sadio Mane və Mohamed Salahı qabaqlayıb. Eləcə də "Çelsi”dən Eden Azar van Deykə uduzub.
Hollandiya millisinin kapitanı "Liverpul”a 2018-ci ilin yanvarında "Sauthempton”dan keçib. 75 milyon funt-sterlinq transfer məbləği ilə dünya futbolunun tarixinə ən bahalı müdafiəçi kimi düşən Vircil bu mövsüm çıxdığı 37 çempionat oyununda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
Qeyd edək ki, daha öncə Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən də çempionatın ən yaxşısı seçilmişdi.
Fanat.Az