Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunda 2-ci qolunu vurub.
Fanat.Az xəbər verir ki, o, Xorvatiya çempionatının 31-ci turunun oyununda "Maksimir"də "İstra"nın qapısına yol tapıb.
Ötən tur rəqib meydanında "Ryeka"nı cəzalandıran Mahir bu dəfə komandasının sonuncu - 3-cü qolunun müəllifi olub. Görüş "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
50-ci dəqiqədə hesabı darmadağın həddinə çatdıran Emrelinin vurduğu qolu təqdim edirik: