"Atletiko Nasional"ın Libertadores kubokunu qazanması Kolumbiyada coşqu ilə qarşılanıb.
Fanat.az xəbər verir ki, çempionluq sevinci yaşayan azarkeşlər arasında davalar da qeydə alınıb. Maraqlıdı ki, zəfərin qeyd olunduğu gecədə 600 dava baş verib. Nəticədə 3 kolumbiyalı azarkeş dünyasını dəyişib.
Qeyd edək ki, 1989-cu ildən sonra "Atletiko Nasional" ilk dəfə idi ki, sözügedən yarışda qalibi olub. Kolumbiya təmsilçisi qalibin müəyyənləşdiyi oyunda Ekvadorun "İndependiente Del Valle" klubundan üstün olub.
Fanat.az