Çempionatımızın bombardiri iki tanınmış klubun hədəfində

Çempionatımızın bombardiri iki tanınmış klubun hədəfində

Azərbaycan Premyer Liqasının (APL) bombardiri - "Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkovun çıxışı həm yerli, həm də xarici klubların diqqət mərkəzindədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Tbilisi "Dinamo"sunun baş məşqçisi Kaxaber Tsxadadzenin şəxsən əlaqə saxladığı forvardla Özbəkistan "Paxtakor"u da maraqlanır.

Bundan başqa, İran təmsilçisi "Persepolis" də cari mövsüm APL-də 10 qol vuran və Gürcüstan millisinə dəvət alan Volkovu rənglərinə bağlamağı hədəfləyib.

Qeyd edək ki, "Zirə" ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq David artıq başqa klublarla danışıq aparmaq hüququna malikdir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər