Konfederasiyalar Kubokuna yekun vurulub. Fanat.Az xəbər verir ki, final matçı Sankt-Peterburqda baş tutub.
Konfederasiyalar Kubokunun qalibinin adına aydınlıq gələn oyunda Almaniya ilə Çili qarşılaşıb. Turnirin əsas favoritlərindən biri olan “bundestim”in bu matçda da minimalhesablı qələbə qazanaraq çempionluğunu elan edib.
Rusiyaya əsasən ehtiyat heyətlə yollanan Lövün komandası ilk hissədə vurduğu tək qola sevinib. Stindl almanaları çempion edən qələbənin memarı olub.
Qeyd edək ki, bu, Almaniya millisinin ilk Konfederasiyalar Kuboku çempionluğudur.
Onu da qeyd edək ki, turnirin bürünc mükafatçısı Meksikanı yenən Portuqaliya olub.
Konfederasiyalar Kuboku
Final
2 iyul
Çili - Almaniya 0:1
Qol: Lars Stindl, 20.
Fanat.Az