İsveç çempionatında XXVI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası "Kalmar" doğma meydanda "Yurqorden"lə qarşılaşıb.
Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1. Start heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə oynayıb.
"Kalmar" geridə qalan turlarda topladığı 21 xalla 16 klub arasında 9-cu pillədə qərarlaşıb.
Fanat.az