AFFA-nın baş katibi Elxan Məmmədov Rusiya mətbuatına Ramil Şeydayevlə bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, baş katib onun Azərbaycan millisində çıxış etmək ehtimalını şərh edib:
"Ramil Azərbaycan vətəndaşıdı və bu ölkənin milli komandasında oynamaq üçün müraciət edib. Futbol Federasiyası olaraq biz bu addımı alqışlayırıq və onun sənədlərini təsdiqlənməsi üçün FIFA-ya göndərdik. FIFA-nın reqlamentinə görə, bir oyunçunun milli komandada çıxış etməsi üçün o ölkənin pasportuna sahib olmasına gərək yoxdu. Əgər onun özü, atası, anası, nənəsi və ya babası oynamaq istədiyi ölkənin ərazisində doğulubsa, buna haqqı çatır. Məlum olduğu kimi, Şeydayevin atası Bakıda doğulub”.
Elxan Məmmədov əlavə edib ki, Rusiya Futbol Federasiyasından Ramilin bu ölkənin millisində oyanamaması haqqında müvafiq arayış da alınıb.
Fanat.az