Əliyev millidə: Elxan Məmmədov Vüqar Məmmədi də "vurdu"

Əliyev millidə: Elxan Məmmədov Vüqar Məmmədi də "vurdu"

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının yeni baş məşqçisinin adı məlum olub.

 

 

Fanat.Az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsi və baş katibliyin birgə müzakirələri, Məşqçilər Komitəsinin müvafiq təqdimatına əsasən, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan U-19 millisinin hazırlıq prosesinə start verilməsi məqsədilə baş məşqçi vəzifəsi Samir Əliyevə həvalə olunub.

U-19 millisini Vüqar Məmməd çalışdırırdı. Bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov verdiyi açıqlamada bildirmişdi ki, Məmməd postunda qalacaq: "Vüqar Məmmədin rəhbərlik etdiyi U-19 elit-raunda vəsiqə qazandığı üçün fəaliyyətini davam etdirəcək".

Amma görünür, Elxan Məmmədov Qurban Qurbanovun əsas millidən göndərilməsindən sonra, onun "dəstə"sindən heç kimin yığma komandalarda qalmasına razı olmaq istəməyib.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər