Eltac Səfərli Almaniya turnirinin qalibi oldu

Eltac Səfərli Almaniya turnirinin qalibi oldu

Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirin qalibi olub.

Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster son turda Almaniya təmsilçisi Yulian Krameri məğlub edib. 

Yekunda 6,5 xal toplayan Eltac Səfərli yarışı birinci pillədə başa vurub. 

Qeyd edək ki, 7 turdan ibarət yarışda 188 şahmatçı mübarizə aparıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər