Elşad Əhmədov: "İki dövrəyə on xal yaxşı nəticə deyil"

Elşad Əhmədov: "İki dövrəyə on xal yaxşı nəticə deyil"

"Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

 

Fanat.Az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Çox danışmağa bir şey yoxdu. Uşaqlarda motivasiyanı qaldıra bilmədik. Zədəli futbolçularımız çoxdu. Cavanlara şans verdik. Gələcəyin komandasını qurmaq istəyirik. Çatışmayan cəhətlərimiz çoxdu.

- Klubda qalmağınızla bağlı rəhbərliklə danışığınız olubmu?

- Demək olar ki, hə. Qarşımıza mövsümü sonuncu pillədə bitirməmək məqsədi qoyulmuşdu. Bunu bacardıq.

- İlk dövrədə daha yaxşı oyun sərgiləyirdiz. İkinci dövrədə isə əksinə. Buna səbəb nə idi?

- Yanvardan sonra keçirdiyimiz 14 oyunun 6-da qırmızı vərəqə aldıq. Bu da oyunumuza təsir göstərdi. İki dövrəyə 10 xal yığdıq, yaxşı nəticə deyil.

- Heyətdə çox dəyişikliklər olacaq? - Dəyişikliklər olacaq. Çox, ya az olacağını deyə bilmərəm.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər