Elşad Əhmədov elitaya birini də gətirdi

Elşad Əhmədov elitaya birini də gətirdi

Topaz Premyer Liqasının hesabat turunda baş tutan "Sabah” - "Neftçi” matçı (1:2) meydan sahiblərinin gənc hücumçusu Emil Qasımov üçün özəl önəm daşıyıb.

Fanat.Az xəbər verir ki, start heyətində meydana çıxan 18 yaşlı futbolçu, Azərbaycan Premyer Liqasında debüt edib.

"Sabah”ın baş məşqçisi Elşad Əhmədov bundan öncəki turda, "Qarabağ”la görüşdə də gənc futbolçuya debüt etmək şansı vermişdi. O, sözügedən qarşılaşmanın 80-ci dəqiqəsində Şakir Seyidovu meydana buraxmışdı.

Həm Emil, həm də Şakir Azərbaycanın U-19 millisinin üzvüdür. Onlar bu yaxınlarda Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının seçmə mərhələsində uğur qazanaraq elit-raunda yüksələn yığmanın uğurunda pay sahibi olublar.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər