"Planlardan danışmaq üçün tezdi. Təzə seçilmişəm. Rövnəq Abdullayev mənə təklif eləmişdi ki, futbolumuzu qaldıraq, siz də bunda iştirak edin". Fanat.az xəbər verir ki, bu özləri AFFA İcraiyyə Komitəsinin üzvü, xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Futbolu sevdiyini bildirən nazir inkişafdan danışıb: "Mən özüm futbolu sevirəm. Oyunlara gedirəm. "Qarabağ" və "Qəbələ"nin oyunlarına baxıram. "Neftçi"nin matçlarına da baxırdıq. Azərbaycan futbolu inkişaf edir. Klub səviyyəsində inkişaf var. "Qarabağ" və "Qəbələ"nin nəticələri göz önündədi. "Zirə" də yaxşı futbol oynayır. Ümid edirəm ki, bu il də yaxşı olacaq".
Elmar Məmmədyarov bildirib ki, futbolçuların viza məsələlərində heç bir problemi olmayacaq: "Bundan sonra da çalışacam ki, hər iki yerdə işləri yerinə yetirim".
Fanat.az