Elmar Baxşıyev qovuldu

Elmar Baxşıyev qovuldu
Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə "Neftçi” ilə qarşılaşan "Qəbələ” baş məşqçisiz qalıb.
 
Fanat.Az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçın 58-ci dəqiqəsində meydandan qovulub.
 
Buna 40 yaşlı mütəxəssisin matçın baş hakimi İnqilab Məmmədova kəskin şəkildə etiraz etməsi səbəb olub. Baxşıyev öncə sarı vərəqə ilə cəzalandırılıb. Buna baxmayaraq, o, etiraz etməyə davam edib. Nəticədə ikinci sarı vərəqəni görərək texniki zonadan qovulub.
 
Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər