Elmar Babanlıya beynəlxalq qurumda vəzifə verildi

Elmar Babanlıya beynəlxalq qurumda vəzifə verildi

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (İBSA) yeni İdarə Heyəti təsdiqlənib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Fanat.Az-a verilən məlumata görə, İBSA-da komitə rəhbəri İlqar Rəhimovun vitse-prezident seçilməsindən sonra daha bir azərbaycanlı federasiyada yer alıb.

MPK-nın cüdo idman növü üzrə nailiyyətlərini, Asiya və Avropa regionu üzrə nüfuzunu nəzərə alaraq, yeni təsdiq edilən heyətdə Avropa üzrə koordinator vəzifəsi "Neftçi" İdman Klubunun baş meneceri Elmar Babanlıya həvalə edilib.

Qeyd edək ki, Elmar Babanlı 2015 - 2021-ci illərdə Azərbaycan Cüdo Federasiyasının baş katibi vəzifəsində çalışıb. Ötən ay onu Rəşad Rəsullu əvəzləyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər