Elçin Səmədliyə növbəti beynəlxalq təyinat

Elçin Səmədliyə növbəti beynəlxalq təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Səmədli qadın futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin C qrupunun oyunlarında iş başında olacaq.

Qeyd edək ki, C qrupunun matçları 11 - 14 mayda Litvada gerçəkləşəcək. Bu qrupda yerli komanda ilə yanaşı, Bosniya və Herseqovina, Sloveniya və Qazaxıstan da mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər