Elçin Əsədov sülh yarışından “5” aldı

Elçin Əsədov sülh yarışından “5” aldı
Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük "Sülh uğrunda Horizon Park” yarışı keçirilib. 
Fanat.Az xəbər verir ki, veloturda Azərbaycanın Elit yığmasının üzvü – Ukraynanın "Lviv” kontinental klubunun velosipedçisi Elçin Əsədov da iştirak edib.
 
145 km məsafəni 3 saat, 38 dəqiqəyə qət edən Elçin finiş xəttini 7-ci keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 5 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, Elçin həm də şərəfini qoruduğu "Lviv” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər