Əlcəzair və Mozambik milliləri 1/4 finalda

Əlcəzair və Mozambik milliləri 1/4 finalda

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turuna start verilib.

Fanat.Az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyində bu gün daha 2 qarşılaşma baş tutub.

A qrupunda çərçivəsində Liviya Efiopiyanı, Mozambik isə meydan sahibi Əlcəzairi sınağa çəkib. Əlcəzair yığması son turda da qalib gələrək, qrupdan maksimum nəticə ilə çıxıb. Mozambik uduzmasına baxmayaraq, qrup ikincisi olub. Liviyalılar da Efiopiya üzərindəki əzmkar qələbə sayəsində qrup mərhələsini üçüncü pillədə başa vurublar.

Afrika Millətlər Kuboku A qrupu 21 yanvar

Liviya – Efiopiya 3:1 Qol: Arqub, 44. Əl Abasi, 50. Saltu, 78 – Panom, 39-pen.

Mozambik – Əlcəzair 0:1 Qol: Dehiri, 7.

Xal: Əlcəzair – 9. Mozambik – 4. Liviya – 3. Efiopiya – 1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər